Ən çox izlənən videolar

Səyyar ASAN xidmət - VİDEO

Səyyar ASAN xidmət paytaxtın və eləcə də bölgələrin bir sıra ərazilərini gəzməyə davam edir.

Asan xidmət mərkəzinin səyyar maşınları sentyabrın 2-dən oktyabrın 1-dək Binəqədi,Maştağa və Binə qəsəbələrində,5 və 16 sentyabr aralığında isə Lökbatan qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.

Vətəndaşlara xidmət və sosial innovasiyalar dövlət agentliyinin şöbə müdiri Kənan Osmanovun sözlərinə görə,indiyədək 1 milyon 922 min vətəndaşa müvafiq xidmətlər göstərilib.

Səyyar asan xidmətin həyata keçirilməsinin əsas məqsədi vətəndaşlar üçün əlçatanlığın təmin edilməsidir.Artıq vətəndaşlar yaşayış yerlərinə yaxın müvafiq səyyar asan xidmət maşınlarına yaxınlaşaraq çox məsafə qət etmədən xidmətlərdən yararlana bilərlər

Bu kateqoriyadan digər videolar
Digər videolar