Ən çox izlənən videolar

“TurAz Qartalı-2019“ (VİDEO)

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar icra olunub.

Təlim prosesi ilə yaxından tanış olmaq üçün təlim keçirilən ərazidəyik.

Pilotlar “TurAz Qartalı - 2019”-un növbəti birgə taktiki-uçuş təlimlərinə hazırdır.

Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar