Ən çox izlənən videolar

Rus ədəbiyyatının “atası“ - VİDEO

Bu səs yazısının lentə alınmasından 111 il keçsə də onun Yasnaya Polyana məktəbinin şagirdlərinə verdiyi məsləhətlər bu gün də aktualdır.

Doğumundan 191 il keçən rus və dünya ədəbiyyatının ən dahi yazıçılarından sayılan Lev Tolstoyun bu qiymətli məsləhətlərinə bu gün də xaos hökm sürən dünyada ehtiyac var.

Necə ki, bu ziddiyyətlər onun “Hərb və Sülh” əsərində də cərəyan edir.

Oxucular bu əsərdə həm qəddar, həm də xeyirxah obrazların Pyer Bezuxov və Nataşa Rostovanın timsalında təzadını görür. Tolstoy əslində qəhrəmanlarını "yaxşı" və "pis" obrazlara bölmür, əksinə təzadlı xüsusiyyətlərin bir insanda birləşmək iqtidarında olduğunu çox böyük həssaslıqla təqdim edir. Bu mənada qəddarlığın və xeyixahlıq təzadının ən parlaq nümunəsi Bolkonski ailəsidir. Romanın əsas ailələrindən birinin bəzi nümayəndələri üçün xeyirxahlıq bir həyat tərzi, bəziləri üçün isə zəiflik kimi tqədim edilir.

Tolstoy üçün insanın xarici gözəlliyi deyil, daxili zənginliyi əsas olub. Buna görə də, bütün müsbət obrazlar, o cümlədən knejna Marya, Nataşa və Pyer görünüşcə əsərdə o qədər də gözəl təsvir edilməyib. Mənəvi zənginliyi əsas götürməsidir ki, indi dünyada Tolstoyu həm də bəşəriyyəti bir əsr qabaqlayan yazıçı kimi təqdir edirlər. Lev Tolstoya verilən "Rus ədəbiyyatının patriarxı" titulu da ədibə çox yaraşıb. Çünki onun həm də görünüşü, çoxlu övladları və ən əsası - nəhəng fəlsəfi mesaj daşıyan əsərləri -yazıçını unikal insana çevirib.

Yaşadığı dövrdə onun rus ədəbiyyatının atası adlandırılmasına baxmayaraq, “qoca kişinin” sözləri 191 il sonra da həm onun özünə, həm də əsərlərinə böyük hörmət qazandırır. Dünya onu tək "Hərb və Sülh"lə yox, digər məhşur əsərləri ilə də tanıyır - onların arasına "Anna Karenina", "Uşaqlıq", "Kazaklar" və "Hacı Murad" kimi yazılar daxildir.

Bu kateqoriyadan digər videolar
Digər videolar