Ən çox izlənən videolar

İrəvanda rus “sevgisi“ - VİDEO

Ötən həftə Moskvanın 872 illiyi İravanda da qeyd olundu.

Paytaxtın Şimal prospektində sərgilənən konsert proqramı hər iki xalqın milli geyimlərinin nümayişi və digər təşkil olunmuş tədbirlərlə ermənilər ruslara olan sevgisini nümayiş etdirməyə çalışıb.

Bu erməni sevgisinin görünən tərəfi hansı ki, yerli və Rusiya KİV-ləri tərəfindən bəh-bəhlə yayımlanıb. Ancaq həmin gün İrəvanın digər bir küçəsində yaşananlara baxsaq görərik ki, həqiqətən sevgidən nifrətə yol bir addımdır. Bir qrup erməninin Rusiya əleyhinə söylədiyi şüarları şərhsiz belə vermək mümkün deyil.

Çünki hər iki sözdən biri ruslara qarşı söyüş və təhqirdir!

Amma di gəl ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaşananları görməzdən gəlib. Bəlkə də bütün bunlar ruslara olan sevginin pərdə arxası gerçəkliyi olduğu üçün görünməz olub.

Aksiyalara eyni gündə diqqətdə olan həm də Ermənistanın baş naziri Nikol Paşinyan olub.

Paşinyan Ermənistanda Rusiya əleyhinə şüarları ilə tanınan və bir vaxtlar Rusiya prezidenti Vladimir Putini həbslə hədələyən Daniel İonasiyanın “Məlumatlı Vətəndaşlar Birliyinə” maliyyə dəstəyi ayırması ilə əsl üzünü faş etmiş olub.

Bu hələlik üzə çıxanlardır. Mətbuat ermənilərin ruslara qarşı haylarını araşdımaqda davam edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar