Ən çox izlənən videolar

Ankarada gərgin görüş - VİDEO

Sentyabrın 8-də Türkiyənin ABŞ-la ortaq hərəkətə keçməsi Suriya məsələsində, burada terrorçuların məskən salması, sığınacaqlar qurması və həm Suriyaya həm də bu ölkəyə qonşu Türkiyəyə yaranan təhlükənin qarşısının alınacağına bir ümid yaratdı..

Amma bu sadəcə ümiddir. İnam isə etibar məsələsidir. Hər iki ölkənin Ortaq Hərəkət etməsi və "Ortaq Hərəkat" zamanı qarşıya qoyulan hədəfləri dəf etməsi istiqamətində görüləcək işlər hələ çoxdur.

Akçakaledən sərhədi keçib Suriyanın şimalında ABŞ hərbçiləri ilə görüşmək isə sadəcə ilkin mərhələdir. Hansı ki, bu addımlar dəfələrlə Suriyanın müxtəlif ərazilərində atılıb, hər iki ölkə birlikdə patrul xidmətini həyata keçirib, lakin sonradan maraqlar bir nöqtədə toqquşmayıb...

Amma indi məsələ bir az qəlizdir.

Çünki ABŞ Mənbic məsələsində Türkiyə ilə bir neçə dəfə fikir ayrılığı yaşayıb və bu səbəbdən də problem həll edilməmiş qalıb, həm də tərəfə inam azalıb.

Bu gün etdiyi açıqlamada Türkiyənin xarici işlər Naziri Mövlud Çavuşoğluda ortaq hərəkat zamanı qarşı tərəfə inam məsələsinin əhəmiyyətli olduğunu bildirdi.

Baş diplomat Çavuşoğlu, ABŞ-ın rəsmiləri ilə görüşdən sonra açıqlama verərək, Ortaq hərəkat mərkəzinin qurulmasına məsələsində ABŞ-ın atdığı addımları yüksək qiymətləndirdiyini dedi. Lakin qarşı tərəfə xəbərdarlıq da edilib.

ABŞ yüksək rütbəli şəxslərinin başçılığı ilə Türkiyəyə gələn heyət bu gün Ankarada bir neçə gərgin görüş keçirib.

Rəcəb Tayyib Ərdoğan isə keçirilən geniş tərkibli görüşdə Suriya məsələsinin tezliklə həll edilməsinin önəmli olduğunu bildirib. Bölgədə isə İŞİD terror təşkilatı ilə bağlı hər hansısa problem mövcud deyil.

Ankarada keçirilən gərgin görüşlərin davamı isə Şanlıurfada davam edəcək. Türkiyə və ABŞ rəsmiləri Akçakale məntəqəsində Müştərək Hərəkat mərkəzində danışıqlarını davam etdirəcəklər.

 

REAL TV-nin Türkiyə bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar