Ən çox izlənən videolar

Prezident təqaüdçüləri - VİDEO

Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.

Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən, o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır.

Təqaüdçülərdən 47 nəfəri Bakıda yerləşən məktəblərin məzunlarıdır, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin isə hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Prezident təqaüdçülərdən biri də Babək rayonunun Cəhli kənd sakini Abdulla Axundzadədir.

Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar