Ən çox izlənən videolar

Populistlərə cavab - VİDEO

Azərbaycanda bütün uşaqlı ailələrə müavinət verilməsi büdcənin maliyyə yükünü artıra, eləcə də inflyasiyaya səbəb ola bilər.

Bunu iqtisadçı-eskpert Vüqar Bayramov deyir. Ekspertin fikrincə, müavinətlərin ünvanlı ödənilməsi büdcə vəsaitlərinə qənaət, eləcə də, sosial ədalət baxımından daha məqsədəuyğundur.

Vüqar Bayramovun sözlərinə görə, uşaqlar üçün verilən müavinətin kortəbii şəkildə bərpası dövlət büdcəsi üçün ağır yükə çevrilə bilər.

Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən Azərbaycanda "uşaq pulu” verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiq olunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı. Bununla belə, sosial müavinətlərin verilməsində uşaqlara dair məsələlər tam diqqətdə saxlanılır və dövlət tərəfindən ünvanlılıq prinsipi əsas götürülür.

Azərbaycanda 261 580 nəfər üzvü olan 63 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Sosial yardım təyin edilmiş ailələrin üzvlərinin 53,2 faizini uşaqlar təşkil edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar