Ən çox izlənən videolar

Moskvada Aşura - VİDEO

Moskvada İslam peyğəmbərinin nəvəsi, İmam Hüseynin (ə) Kərbəla faciəsi qeyd edilib. “Əhli-beyt” cəmiyyəti tərəfindən Moskvada fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində keçirilən əzadarlıq məclisi Qurani-kərimin tilavəti ilə başlayıb. 

Azərbaycanlıların Aşura mərasimlərinə diqqətini qeyd edən cəmiyyət sədri, bu il əzadarlıq məclislərində 20 minə yaxın müsəlmanın iştirak etdiyini vurğulayıb.

İslam dinini qəbul edən Oleq Veselkov isə islama necə gəldiyini və aşuranın anun üçün nə demək olduğunu reala danışıb.

"Mən islam dininu 10 ilə yaxındır ki, qəbul etmişəm. Məktəb vaxtlarımdan din ilə maraqlanırdım. Sonra məni azərbaycanlı dostum məscidə dəvət etdi və mən yavaş yavaş İslam dinini anlamağa başladım və qəbul etdim. Aşura isə mənim uçun həm faciəli bir gün, həm də mübarizə məktəbidir. Bu gün İmam Hüseyn tərəfdarları ilə birlikdə haqsızlığa qarşı mübarizə aparıb".

 

REAL TV-nin Rusiya bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar