Ən çox izlənən videolar

Yeni tədris ilinə hazırlıq - VİDEO

101 nömrəli tam orta məktəbin direktoru Səidə Məmmədovanın sözlərinə görə, məktəbin əsası 1937-ci ildə qoyulub və demək olar ki, təmirdən əvvəl məktəb istifadəyə yarasız olub.

39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürovana bildirdi ki, məktəb 1957-ci ildə inşa edilib həmin gündən bu vaxta qədər heç vaxt əsaslı təmir edilməyib.

Təhsil Nazirliyinin Təmir-tikinti işləri şöbəsinin müdiri Sirac Əliyevin REAL-a verdiyi məlumata görə, bu il Təhsil Nazirliyinin sifarişi ilə 43 təhsil müəssisənin təmir və tikintidən sonra yeni tədris ilində istifadəyə veriləcək.

Hazırda Bakıda və ölkənin müxtəlif bölgələrində 20 yeni məktəb binası tikilib, 8 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılıb.

Sirac Əliyev həmçinin qeyd etdi ki, ilin sonunadək respublika ərazisində 35 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək.

Xatırladaq ki, bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-dan başlayacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar