Ən çox izlənən videolar

Gəncədə qanvermə aksiyası - VİDEO

Gəncədə könüllü qan vermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə baş tutan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak edib.

“İmamzadə” ziyarətgahında təşkil olunan qanvermə aksiyasında Gəncə və ətraf rayonlardan 561 nəfər insan iştirak edib.

Aksiya səhər saat 9-da başlanılıb.

Aksiyada iştirak emək istəyən şəxslərin əvvəl arterial təziqi və qanında olan hemoqlobinin miqdarı yoxlanılıb.

Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Tahirə Məmmədova bildirib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə ediləcək.

Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün "İmamzadə" dini kompleksinə təcili tibbi yardım briqadaları və Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib. Həmçinin içməli su daşıyan maşınlar da ziyarətçilərin ixtiyarına verilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar