Ən çox izlənən videolar

Ərdoğandan qərbə mesaj - VİDEO

“Şərqi Aralıq mövzusunda qərb bizi təhdid edir. Biz təhdidə baxmarıq. Türkiyənin haqlarını sonuna qədər müdafiə edəcəyik və başımızı əymədik, əyməyəcəyik də”. 

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Artvin vilayətindəki Yusufəli su anbarının açılışından danışarkən deyib.

Türkiyə prezidenti bildirib ki, 2021-ci ilin aprelində bu su anbarında elektrik enerjisi istehsal ediləcək və enerjinin dəyəri 1 milyard 250 milyon lira olacaq. Ərdoğan Türkiyənin enerji istehsalına və iqtisadi gücünün artması üçün Şərqi Araliq dənizində karbohidrogen yataqlarının axtarışına Qərbin maneələr yaratması məsələsinə də toxunub.

Qeyd edək ki, Yusifəli su anbarı Türkiyədə birinci, dünyada 3-cü ən böyük su anbarı olacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar