Ən çox izlənən videolar

6 ayda 833 yol qəzası baş verib - VİDEO

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat qəzalarında 342 nəfər həlak olub.

Bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Bu müddətdə 833 qəza baş verib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur. Zərər çəkən şəxslərin sayı 1,2% artaraq 1087 nəfərə çatıb. Zərərçəkənlərdən 342-i həlak olub, 745-i bədən xəsarəti alıb. Yol polisi qəzaların qarşısının alması üçün müxtəlif tövsiyələrlə çıxış edir.

Statistika göstəricilərə görə ümumi yollarda qəzalar keçən ilin 6 ayı ilə müqayisədəd artsa da, respublikanın ən çox avtomobil olan paytaxtında qəzaların sayında azalma olub.

Təbii ki, 6 ayın 833 yol qəzasının hamısı eyni səbəbdən baş vermir. ona görə təhlükəsizlik tədbiri də eyni olmamalıdır.

Proqramdan danışanda bir məsələ də yada düşür. Orada avtomobil parkı məsələsi var, avtomobil parkının köhnə avtomobilləri qəzaya səbəb ola bilir,

Yeri gəlmişkən "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün nəqliyyat vasitələrinin utilizasiya yəni köhnə avtomobilılərin yeniləri ilə əvəz olunması proqramının hazırlanması və tətbiqi işləri üzrə elan etdiyi tenderin qalibi "Eko Enerji" MMC olub.

O da işlərə başlayacaq, müəyyən şərtlərlə xarici ölkələrdə olduğu kimi əhalidəki köhnə avtomobillər yeniləri ilə əvəz olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar