Ən çox izlənən videolar

Məhərrəm ayı səfərə çıxır - VİDEO

Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır.

Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı tələblərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. 

Bu kateqoriyadan digər videolar
Digər videolar