Ən çox izlənən videolar

“Çıxarış“ evinizə gəlir - VİDEO

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən binalarda qeydiyyat xidmətlərinin göstərilməsi davam edir.

Yeni Yasamal 2, bina 11 ərazisində ,10 mərtəbəli, 210 mənzilli binanın sakinləri daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini binanın həyətindəki səyyar ofisə təqdim etdilər.

Qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən, elə ünvanlarındaca müraciət etməsinə şərait yaradır. 80 mənzil tikinti kooperativləri üzrə binaların istismarına icazə verilib və daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb.

Ümumilikdə 4 mindən çox çıxarış hazırlanıb. Artıq mənzilini dövlət qeydiyyatına almış hərkəs elektron formada çıxarışla təmin edilir

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019 cu il fevralın 19-da imzaladığı " bəzi çox mənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilmısi haqqında" fərmanına uyğun olaraq , xidmətin sadələşdirilməsi vətəndaşların mülkiyyət hüquqlarından istifadəsinə şərait yaradır və ölkə üzrə rəsmi qeydiyyata alınmış əmlakların sayını artırır.

Bu kateqoriyadan digər videolar
Digər videolar