Ən çox izlənən videolar

Pillə-pillə ucalığa doğru - VİDEO

Bakıda yeni liftlərin quraşdırılması davam edir.

Lifttəmir İstehsalat Birliyi tərəfindən bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Keçən ay 63 ədəd lift paytaxtımıza gətirilərək, pilot layihə kimi Nizami rayonunda quraşdırılmasına başlanıb. Xaricdə gətirilmiş liftlər və digər avadanlıq Bakıda tələb olunan Gömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib.

Bakıya gətirilən yeni liftlərin sayı 145-ə çatdırılıb. Bakı Şəhəri İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin Baş Direktoru Xalid Ələkbərov bildirdi ki, Nizami rayonu ilə bərabər Qaradağ rayonundada çox mərtəbəli binalarda istismar müddətini başa vurmuş liftlərin yenilənməsi işləri görülür.

İlkin mərhələdə gətirilən bu liftlər hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatıb və istifadəyə verilib.

Görünür ki yeni liftlərin quraşdırılması ilə bərabər sakinlərində əhval ruhiyyəsidə yüksəlir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlər dəyişdiriləcək. İlin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub.

Bu kateqoriyadan digər videolar
Digər videolar