Ən çox izlənən videolar

Prokurorluğa qəbul imtahanı - VİDEO

Prokurorluq orqanlarında işləmək arzusunda olan namizədlər üçün vakant ştat vahidləri üzrə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə prosesi ölkənin müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə ediblər.

Prokurorluq orqanlarında işə qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar