Ən çox izlənən videolar

Ərəbqədim-Göydərə yolu yenilənir - VİDEO

Qobustan rayonunun Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur. Başlanğıcını Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim–Göydərə yolu 4-cü texniki dərəcəlidir. Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara cavab vermədiyindən yeni yol çəkilməsi zərurəti yaranıb. Ümumi uzunluğu 13 km olan yolun layihə çərçivəsində -normativ eninin alınması mövcud enin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kv.m-dən çoxdur. 

Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
Tikinti işlərindən sonra layihəyə uyğun olaraq, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yeni yol Ərəbqədim–Göydərə sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən artıq əhainin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar