Ən çox izlənən videolar

Yanğına “Amfibiya“ cəlb olunub - VİDEO

Hirkan milli parkında baş vermiş yanğın səbəbilə əlaqədar qurumlar hadisə yerindədir. Yanğının baş verdiyi yerin relyefi mürəkkəb olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər əraziyə cəlb edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin mühafizəsi departamentinin direktoru Ağaqardaş Qaraşovun verdiyi məlumata görə yanğın Hirkan Milli parkının Hafotni meşəçiliyinin daxilində ümumilikdə 10 hektar ərazinin daxilində talalar şəklində 5 hektar ərazidə yayılıb. 

Yanğının lokallaşdırılması məqsədi ilə Fövqəladə Hallar Naizrliyinin müvafiq canlı qüvvələri və texnikası da cəlb olunub.

Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar