Ən çox izlənən videolar

Boyuna dolanan kəndir - VİDEO

Şərqiyyə Kərimi intiharın bir addımlığından geri dönənlərdəndir.

Amma bu heç də hamıda alınmır. Məsələn, bu gün ölkədə daha iki adam canına qıyıb. Neftçalada 24 yaşlı Sabir Ələkbərli, Sabirabadın Kürkəndi kəndində isə 1985-ci il təvəllüdlü Qismət Əsədov intihar edib. Azərbaycanda 2014- 2018-ci illərdə və bu ilin 7 ayında 2831 intihar faktı qeydə alınıb. 2014-cü ildə 490, 2015-ci ildə 499, 2016-da 507, 2017-də 498 , 2018-ci ildə 521, bu ilin 7 ayında isə 316 nəfər canına qıyıb. Onlardan 66, 4 faizi, başqa sözlə 1879-u kişilər, 27, 7 faizi, başqa sözlə 785-i qadınlar , 5, 9 faizi və yaxud 167 nəfəri yetkinlik yaşına çatmayanlardır. 

Ümumiyyətlə, son 5 ildə Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5, o cümlədən kişilərin özünəqəsd faktları 6, 8, qadınların isə 2, 8 fakt təşkil edib. 

Dünya Səhiyyə Təşkilatının 2019-cu il üzrə məlumatına görə, Avropa ölkələrində o cümlədən Belçikada əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı 20, 7, Fransada 17, 7, İsveçrədə 17, 2, Avstriyada 15, 6, İsveçdə 14, 8, , Almaniyada 13, 6, Danimarkada 12, 8, Niderlandda 12, 6, Norveçdə 12, 2, İspaniyada 8, 7, İtaliyada 8, 2, Türkiyədə 7, 3 faktdır. 

MDB ölkələrində əhalinin hər 100 min nəfərinə düşən intihar hadisələrinin sayı isə 2, 5-31 fakt təşkil edir. Belə ki bu rəqəm Rusiyada 31, Belorusda 26, 2 Qazaxıstanda 22, 5, Qırğıstanda 8, 3 Özbəkistanda 7, 4 Türkmənistanda 6, 7 Moldovada 4, 7, Tacikistanda 2, 5 faktdır.

Analoji müqayisədə həmin faktların sayı Ukraynada 22, 4, Gürcüstanda 8, 2-dir.. 

Bəs insanlar niyə yaşamaq istəmir, həyatlarına özləri son qoyurlar? Bu o qədərmi asan məsələdir? 

Şərqiyyə xanım yaşamağı seçdi. Dünyanın çox böyük qələm adamı, yazıçı Ernest Heminquey də baxmaayarq ki,ən sonda zöü də intihar etdi, amma Əcəl zəngi romanında yazırdı. Dünya gözəl yerdir, uğrunda mübarizə aparmağa dəyər. Məncə Heminqueydən bunu əxz eləmək gərək.

Bu kateqoriyadan digər videolar
Digər videolar