Ən çox izlənən videolar

Ağaclar təhlükədə deyil - VİDEO

Son günlər sosial şəbəkələrdə Yeni Asan xidmət mərkəzinin inşa olunması ilə bağlı Ukrayna dairəsində yerləşən istirahət parkının bir hissəsinin hasarlanması səbəbindən ağacların təhlükə ilə üzləşməsi məsələsi geniş yayılıb və insanları ciddi narahat edib.

Bu məsələ ilə bağlı hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər də daxil olub.

Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qorunması ilə bağlı qərar da vermişdi.

Biz də REAL TV olaraq həmin ərazidəyik.

Müşahidələrimiz onu göstərdi ki, ağaclar həqiqətən də qorunur və heç bir təhlükə yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, tikinti işlərinin aparılması üçün yetərincə sahə var və ağacların kəsilməsi söhbəti ola da bilməz.

Əgər qanun pozuntusu müşahidə olunarsa da onda qanunu pozan kəslər, qanunla müəyyən olunmuş müəyyən məsuliyyətə cəlb olunacaqlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar