Ən çox izlənən videolar

Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - VİDEO

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb.

Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub.

2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritik vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Hal hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Qaynananın bədəninin 50%, 24 yaşlı qızın bədəninin 70% yanması bildirilir.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib.  

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar