Ən çox izlənən videolar

Azərbaycan tankçıları finalda - VİDEO

Rusiyanın Moskva vilayətində “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin final mərhələsində Azərbaycan tankçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan tankçıları da mübarizə aparıb. Gərgin keçən mübarizəDƏ sayca beşinçi olan “Beynəlxalq Ordu Oyunları - 2019”-in bağlanış mərasimi baş tutub.

Azərbaycan tankçılarının əzmkarlığı ilk hissədə nəticə versədə, hədəflərin vurulmasında yanlışlığın baş verməsindən sonra tankşılarımız yarışmanı sonuncu başa vurdu. Qalib Rusiya Federasiyası, ikinci yerə Belarus, üçünçü yerə isə Kazaxıstan tankşıları çıxdı.

Azərbaycan tankçılarının hərbi oyunlarda qazandıqları nəticəni uğurlu adlandıran Azərbaycanın Müdafiə Nazir Zakir Həsənov ilk dəfədir ki, ölkəmizin finala vəsiqə qazandığını bildirib.

Yarışmanın ikincisi olmuş Belarus Respublikasının Müdafiə Naziri Andrey Ravkov da Azərbaycan nümayəndə heyyətinin çıxışını uğurlu adlandıraraq Azərbaycanla Belarus arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu və iki dövlətin bir birilərini yaxşı anladığını bildirib.

“Beynəlxalq Ordu Oyunları - 2019” konsert proqramı və atəşfəşanlıqla sona yetib.

Qeyd edək ki,Hərbi oyunlara qatılan 39 ölkə iki liqada mübarizəya qatılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar