Ən çox izlənən videolar

Qəzalara quş baxışı - VİDEO

Hazırda quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdən biri hesab olunur.

On il əvvələdək Beynəlxalq Mülki Aviasiya Təşkilatı hər il dünyada quşlarla təyyarələrin toqquşmasına dair orta hesabla 5400 hal qeydə alırdı. 1988-ci ildən bəri təyyarə mühərriklərinə quş düşməsi üzündən baş verən qəzalarda 200 nəfərdən artıq insan həyatını itirib.

Təşkilatın statsitikası göstərir ki, toqquşmaların 75 faizindən çoxu bilavasitə hava limanları ərazisində - ya təyyarə havaya qalxarkən, ya da eniş edərkən baş verir. 

Dünyada bu üzdən baş verən ən böyük beş qəzadan biri 1960-cı ildə ABŞ-da baş verib. Boston hava limanından qalxan L-188 təyyarəsi 2 dəqiqədən sonra sığırçın sürüsü ilə toqquşub. Mühərrikə girən quşlar təyyarənin Boston buxtasına düşməsinə səbəb olub. 67 sərnişin və 5 heyət üzvündən yalnız 10-u xilas ola bilib.

1962-ci ildə ABŞ-ın Merilend şəhəri yaxınlığında Vickers 745D Viscount təyyarəsi leylək sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb, 17 nəfər ölüb. 

1969-cu ildə Mahaçqala yaxınlığında havaya qalxmaq istəyən İl-14P təyyarəsinin mühərrikinə quş düşüb, pilot idarəetməni itirib və maşın dənizə düşüb və 17 nəfər həlak olub.

Bu kateqoriyadan digər videolar
Digər videolar