Ən çox izlənən videolar

“Şah” reytinq üçün oynayacaq - VİDEO

Şahmatçımız Şəhriyar Məmmədyarov Qrand Chess Tur seriyasının 5-ci mərhələsində mübarizə aparacaq.

Həmyerlimiz 2-ci dəfə Sent-Luisdə keçiriləcək Sinkfild kubokunda bacarığını nümayiş etdirəcək.

Bir neçə gün əvvəl rapid və blits növlərində qüvvəsini sınamış Şəhriyar zəif çıxışı ilə yadda qalmışdı.

Klassik vaxtda Məmmədyarovun necə oynayacağı maraq doğurur.

Cari seriyada Şəhriyarın ən yaxşı nəticəsi Fransada 8-ci olmaqdır.

Sinkfild kubokunun yekunundan asılı olmayaraq şahmatçımız Londonda keçiriləcək həlledici mərhələyə vəsiqə qazanmaq şansını itirib.

İngiltərə paytaxtında seriyanın ən yaxşı 4 iştirakçısı mübarizə aparacaq.

İndiki halda Şəhriyar 7 xalla 12-ci pillədə qərarlaşıb.

Sinkfild kuboku həmyerlimiz üçün dünya reytinqindəki mövqeyini yaxşılaşdırmaq baxımından əhəmiyyətli ola bilər.

Təmsilçimiz Sent Luisdə hazırki dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, amerikalı Fabiano Karuana, rusiyalı Sergey Karyakin, çinli Dinq Liren kimi güclü rəqiblərlə qarşılaşacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar