Ən çox izlənən videolar

Vahid məktəbli forması hazırlanır - VİDEO

2020-2021-ci tədris ilindən Azərbaycanın bütün dövlət ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq ediləcək.

2019-2020-ci tədris ili üçün ölkənin bütün ümumi təhsil müəssissələrində vahid məktəbli geyim forması tətbiq oluna bilməyəcək.

Bu il məktəbli forması əvvəlki illərdəki kimi davam edəcək.2020-2021-ci tədris ili üçünsə, artıq Bakı Tikiş Evinə məktubla müraciət olunub.

Hazırda müxtəlif eskiz formaları hazırlanır. Nazir Ceyhun Bayramov da bu məsələyə özü nəzarət edir və məsələ ilə bağlı işçi qrupu yaradılıb.

Tam qərara gəlindikdən sonra həmin vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq”.

Həmçinin ,Bakı Tikiş Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq və yerlərdə satış məntəqələri olacaq. 

Vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: "Liseylər də bu və ya fərqli formanı tətbiq edə bilərlər".

Məktəbli formasının qiymətininə gəlincə isə Bakı Tikiş Evi qiymətləri özü müəyyənləşdirəcək .

Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılması da nəzərdə tutulur. 

Bu kateqoriyadan digər videolar
Digər videolar