Ən çox izlənən videolar

4 kq qızıl müsadirə olunub - VİDEO

Qızıl bəzək əşyalarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. 
Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı minik maşınının mühərriki saxlayan hissəsində 1 ədəd bağlamada zinət əşyaları aşkarlanıb. Avtomobilə baxış davam etdirilib və minik maşınının kondisionerində 1 ədəd bağlamada qızıl-zinət əşyaları aşkar olunub. Eyni zamanda, mühərrikində 1 ədəd bağlamada qızıl-zinət əşyalarının saxlandığı müəyyən edilib. 

Beləliklə, aşkar olunan malların qızıldan hazırlanmış 101 ədəd kulonla birlikdə boyunbağı, 50 ədəd tək boyunbağı, 115 ədəd qolbaq, 489 cüt sırğa, 227 ədəd üzük, 9 ədəd sırğa-üzük dəsti, 60 ədəd üzük-sırğa-kulon dəsti, 166 ədəd kulon, 3 ədəd saat, 1 ədəd üzük-bilərzik dəsti, 10 ədəd sancaq və 1 ədəd sırğa-kulon-boyunbağı dəsti olduğu müəyyən edilib. 

Bu zərgərlik məmulatının qablaşdırılması ilə birlikdə ümumi çəkisi isə 4148 qram təşkil edib. Faktla bağlı araşdırma aparılır. 

Bu kateqoriyadan digər videolar
Digər videolar