Ən çox izlənən videolar

Küçə ticarətinə son - VİDEO

Hər zamanın aktual problemi olan küçə ticarəti barədə dəfələrlə süjet təqdim etsək də görünür bəzi işbazlar bundan nəticə çıxarmır.

Elə bu da ərazi üzrə xidmət aparan asayiş keşikçilərinin onlara qarşı mübarizəsinin intensivliyini artırır. Əsasən əhalinin ən çox istifadə etdiyi metro stansiyalarının ətrafında fəaliyyət göstərən səyyar satıcılara qarşı aparılan reydlər zamanı onların bəzilərinə xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırırlır, bəziləri isə cərimələnir.

Bu işbazlar ən çox da ətraf binalarda yaşayan yerli sakinlərinin rahatlığını əlindən alır və onların haqlı narazılıqlarına səbəb olur.

Paytaxtın görkəminə xələl gətirən, səkilərdə hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan bu hallara qarşı profilaktik tədbirlər hüquq mühafizə orqanları tərəfindən mütəmadi olaraq aparılır. Paytaxtın Yasamal rayonundan sonra növbəti belə profilaktik tədbirlər Nizami rayonunda keçirilərək küçə ticarətinə son qoyulub. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyət aradan qaldırılıb.

Qara Qarayev metro stansiyasının apardığımız müşahidə zamanı artıq ərazinin küçə ticarətçilərindən təmizləndiyinin şahidi olduq.

Ümid edirik ki, nüfuzu gündəngünə artan paytaxtımızın bundan sonra küçələrində eləcə məhəllə arası yerlərində küçə ticarətçilərinə rast gəlməyəcəyik.

Hər birimiz sağlamlığımızı qoruyaraq sanitar qaydalara əməl etməli və paytaxtın görkəminə xələl gətirən sosial neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməliyik.

Bu kateqoriyadan digər videolar
Digər videolar