Ən çox izlənən videolar

Bayram günündə qurbanlıq satışı - VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov, AQTA-nın mətbuat katibi Aysel Fərziyeva, AQTA-nın labaratoriya müdiri Aytən Hacıyeva REAL-ın birbaşa efirində daha ətraflı məlumat verir.

"Kütləvi satış dünəndən həyata keçirilir. Bütün yarmarkaların ərazisində monitorinq aparmışıq. Ötən il və ondan əvvəlki illə müqaisədə satış həcmi böyük olub. Bu həm əhalinin alıcılıq qabiliyyətinin çox olması ilə, bu il yarmarkaların əvvəlki illərə nisbətdə daha yaxşı, sistemli şəkildə təşkil edilməsi ilə əlaqədardır. Burada bir neçə dövlət qurumunun əməkdaşlığının böyük rolu olub. Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə bir yerdə, əlavə olaraq Daxili İşlər Nazirliyi də bu prosesdə aktiv iştirak edir. Satışların həcmi çox yüksəkdir. Bunu həm müşahidəmiz əsasında, həm də fermerlərlə söhbətdən bilirik. Vətəndaşların alıcılıq qabiliyyəti yüksəkdir. Kənd Təsərrüfütı Nazirliyi qiymətlərin tənzimlənməsi üçün işlər aparıb. Nazirlik qurbanlıq qoyunun qiymətinin müəyyənləşməsində iştirak etmir, lakin təsir mexanizmimiz var ki, bunlardan biri də bolluq yaratmaqdır", deyə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar