Ən çox izlənən videolar

Siyasi mühacir alveri - VİDEO

Xarici ölkələrə göndərilən şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək “siyasi mühacir” statusu alırlar.

Siyasi mühacir alveri ölkənin özünü aparıcı hesab edən iki müxalifət partiyasının yaxından iştirakıyla həyata keçirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat.

Əməliyyat-axtarış tədbirləri nəticəsində “Gəncliyin Elmi-Mədəni inkişafı” ictimai birliyinin paytaxtın müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar