Ən çox izlənən videolar

Polis təhlükəsizliyi təmin edir - VİDEO

Azərbaycan Respublikası Prezidentinin qeyri neft sektorunun inkişafı ilə bağlı islahatlarının nəticəsi olaraq ölkədə turizm sürətlə inkişaf edir.

Xaricdən gələn əcnəbi turistlərin çoxluğunu nəzərə alaraq ölkə rəhbərliyi tərəfindən əcnəbi turistlərin təhlükəsizliyinin təmin olunması da prioritet məsələlərdən biridir.

Ölkəmizə gələn turistlər onlar üçün yaradılan gözəl şəraitdən məmnunluqlarını ifadə edir, təhlükəsiz şəraitdə istədikləri yerlərə baş çəkdiklərini deyirlər.

 Bölgələrə səfər edən yerli  eləcə də xaricdən gələn əcnəbi turistlərin təhlükəsizliyin təmin olunmasında məqsədilə Daxili İşlər Nazirliyinin polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində bir neçə növbədə xidmət göstərən polis əməkdaşları yerli və əcnəbi turistlərin təhlükəsizliyinin təmin edir. 

Qeyd edək ki, xaricdən ölkəmizə səfər edən turistlərin əsasən yay aylarında gəldiyini nəzərə alaraq Daxili İşlər Nazirliyi daha çox polis əməkdaşını xidmətə cəlb edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar