Ən çox izlənən videolar

“Diqlas“ın söküntüsü başa çatır - VİDEO

Ticarət mərkəzinin ərazisində işləyən texnika vasitəsi ilə söküntü işləri icra olunur və qalıqlar yük maşınları vasitəsi ilə ərazidən uzaqlaşdırılır.

Söküntü işləri FHN-tərəfindən həyata keçirilir. İşlərin yaxın vaxtlarda yekunlaşması planlaşdırlır.

Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib.

Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.

Prezidentin Sərəncamına əsasən yanğınla bağlı, komissiya yaradılıb və baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq üç milyon manat ayrılıb və yanğından zərərçəkənlərə kompensasya ödənilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar