Ən çox izlənən videolar

“Ana dilində hekayəni danış“ - VİDEO

“ASAN Könüllüləri” təşkilatı və Diksiya akademiyasının birgə əməkdaşlığı ilə 1 avqust Azərbaycan Əlifbası və Dili gününə həsr olunmuş “Natiqlik Çempionatı” keçirilir.

“Ana dilində hekayəni danış” mövzulu bu çempionatda iştirakçılar üç mərhələdən keçərək finala iştirak haqqı qazanacaqlar.

Bu gün isə layihənin birinci turundan uğurla keçənlərə Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu tərəfindən iştirakçıların təkmilləşdirilməsi məqsədilə təlim keçirilib. 
 

Ümumiyyətlə bu çempionatın keçirilməsində məqsəd Azərbaycan dilinin saflığına, gözəlliyinə, qorunmasına bir daha diqqət çəkmək, gənclərimizdə doğma dilimizdə danışmağa, təqdimat bacarıqlarını məhz öz dilimizdə göstərməyə həvəs yaratmaqdır

Finalda qalib gələn iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. 

Bu kateqoriyadan digər videolar
Digər videolar