Ən çox izlənən videolar

Zəhərli ilan sancmaları - VİDEO

Yay fəslinin gəlişi ilə əlaqədar ilan sancma hallarının sayı artıb. Havaların isindiyi aprel ayından indiyə qədər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 62 nəfər ilan sancması ilə bağlı müraciət edib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun REAL-a verdiyi məlumatına görə, təkcə iyul ayının ilk on günlüyündə 9 nəfər bu diaqnozla mərkəzə yerləşdirilib:

Azər Maqsudovun məlumatına görə, Bu mövsüm Kliniki Tibbi Mərkəzdə olmasa da regionlarda ilan sancması ilə bağlı 4 ölüm hadisəsi də qeydə alınıb. Onu da deyək ki, əksər vaxtlarda bölgələrdə baş verən ilan sancma hadisələri zamanı ağır xəstələr Bakıya göndərilir. Buna səbəb isə həmin regionlarda həkim mütəxəssislərin çatışmazlığı qeyd olunur:

İlan sancma hadisələrinin əsasən yay mövsümündə çoxalmasına səbəb bu dövrdə ilanların fəaliyyətinin aktivləşməsi, eləcə də yayda insanların istirahətə çıxması, çöldə, bağ-bostanda əkin işlərinin aparılmasıdır. Bu baxımdan mütəxəssislər meşəlik, çöllük ərazilərə gedərkən diqqətli olmağı tövsiyyə edir:

AMEA Zoologiya institutunun aparıcı elmi işçisi Təvəkkül İsgəndərov deyir ki, zəhərli ilan sancması baş verərsə ilkin tibbi yardımın vaxtında və düzgün göstərilməsi çox vacibdir. Çünki sonradan ağırlaşma olmaması və müalicənin yaxşı getməsi məhz ilkin yardımdan asılıdır.

Qeyd edək ki ölkəmizdə 29 növ ilan mövcuddur bunun 17 növü zəhərsiz 5 növü yarızəhərli 7 növü isə zəhərlidir. Sancması ilə insanı ölümünə səbəb ola bilən zəhərli ilanlar gürzəkimilər dəstəsinə aiddir ki bunlardan qalxansifət, nəhəng gürzə, radde dağ gürzəsi, İrəvan çöl gürzəsi kimi ilanların adlarını qeyd etmək olar. 

Bu kateqoriyadan digər videolar
Digər videolar