Ən çox izlənən videolar

Gürcüstanda 11 qızıl medal - VİDEO

Gürcüstanda karate üzrə beynəlxalq turnir keçirilib. "Batumi Open"də qüvvəsini sınayan təmsilçilərimiz ölkəmizi layiqincə təmsil ediblər.

Federasiyanın rəhbəri Arif Məmmədovun rəhbərliyi altında Gürcüstana 60-a yaxın idmançımız yollanıb. Karateçilərimiz 11-i qızıl, 4-ü gümüş, 8-i bürünc olmaqla, ümumilikdə 23 medal qazanıblar.

Amil Abbaslı kata, Asim və Ruslan Məmmədovlar, Elton Əliyev və Alika Semixova kumite, Amil Abbaslı isə hər 2 növdə baş mükafata sahib çıxıb.

Qeyd edək ki, Batumi Opendə yerli və Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, Rusiya, Çexiya, İran və Ermənistan karateçiləri də mübarizə aparıblar.

İştirakçıların ümumi sayı isə 500-ə yaxın olub.

Bu kateqoriyadan digər videolar
Digər videolar