Ən çox izlənən videolar

Gədəbəy rayonu qazlaşdırılır - VİDEO

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulmuşdur. 

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularının işçilər tərəfindən həmin ərazilərə əlləri ilə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər nəticəsində cari ilin iyun ayında Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndləri mavi yanacaqla təmin olunub. 2019-cu il iyul ayının 11-də isə daha üç yaşayış məntəqəsinə, Novoivanovka, Çiçəkli həmçinin Şahdağ kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub.

Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bildirilmişdir ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 min 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. 

Bu kateqoriyadan digər videolar
Digər videolar