Ən çox izlənən videolar

Malayziyada Azərbaycan günü - VİDEO

Malayziyanın paytaxtı Kuala Lumprda Azərbaycanın Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Malayziyanın dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin rəsmiləri, parlamentin deputatları, iri şirkətləri rəhbərləri iştirak edib. 

Mərasim iştirakçıları əvvəlcə Azərbaycan diplomatiyasının tarixi və nailiyyətlərini əks etdirən stendlərlə, eləcə də Azərbaycan xalqının zəngin tarixi və mədəni irsini, ölkəmizin inkişafını və gözəl təbiətini nümayiş etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.“İrs” jurnalının Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı və digər nəşrlər qonaqlara hədiyyə edilib. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Qaley Allahverdiyev müsəlman şərqində ilk dünyəvi dövlət olan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolundan danışıb. 

Malayziyanın Plantasiya Sənayesi nazirinin müavini Şamsul İskəndər də çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb. Mərasimdə müasir Azərbaycanın inkişafından və nailiyyətlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib, milli mətbəximizin ləziz təamları təqdim edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar