Ən çox izlənən videolar

“A.Sultanova“ parkında təmir - VİDEO

Paytaxtda insanların istirahət etmək üçün üz tutduqları mərkəzi parklardan biri də Azərbaycanın ilk qadın naziri olmuş Ayna Sultanovanın adını daşıyan parkdır.

Parkda təmir işləri bu ilin qış aylarından başlayıb və mərhələli şəkildə davam edir. Təmir bərpa işləri artıq yekunlaşmaq üzrədir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcək.

Həmçinin burada fontan quraşdılacağı da nəzərdə tutulub. 

Qeyd edək ki, təmir işlərinin başlandığı ərəfədə Ayna Sultanovanın heykəlinin parkdan götürülməsi ilə bağlı şaiələr yayılmışdı. Lakin bu məlumat öz təsdiqini tapmadı. Binəqədi Rayon İcra hakimiyyətindən verilən məlumata görə heykəl olduğu yerdə qalacaq və bərpa olunacaq.

Xatırladaq ki, ölkə başçısı ötən ilin dekabr ayında Binəqədi rayonunda abadlıq quruculuq işlərinin aparılması, o cümlədən Ayna Sultanovanın adına olan parkın restavrasiyası üçün sərəncam imzalayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar