Ən çox izlənən videolar

Komandamız Minskə yola düşdü - VİDEO

İdmançılarımız və Azərbaycan nümayəndə heyəti Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına yola salındı.

REAL xəbər verir ki, Heydər Əliyev Beynəlxalq hava Limanında keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər də iştirak etdilər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müduri Fərid Mansurov da Minskə yola düşən nümayəndə heyəti arasında yer aldı. Olimpiya çempionumuz atletlərimizin yarışdakı hədəflərindən danışdı.

İdmançılarımız da Minskə yüksək həvəslə və iddialı yollandıqlarını vurğuladılar. Atletlərimiz oyunlardan qızıl medallarla qayıdacaqlarına inandıqlarını bildirdilər.

2-ci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində reallaşacaq. Belarusun paytaxtında 82 idmançımız müküfatlara iddia edəcək. İyunun 21-də start götürəcək yarış ayın 30-da yekunlaşacaq.

Xatırladaq ki, 1-ci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Seçməmiz 21-i qızıl, 15-i gümüş və 20-i bürünc olmaqla, ümumilikdə 56 mükafat qazanıb və komanda hesabında ikinci yeri tutub. 1-ci yerə Rusiya, 3-cü pilləyə isə Belarusiya kollektivi layiq görülüb.

Bu kateqoriyadan digər videolar
Digər videolar