Ən çox izlənən videolar

Ardıcıl 5-ci məğlubiyyət - VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Seçməmiz bu dəfə Valyodalid şəhərində məğlubiyyətə üzülüb. İtaliyalı baş məşqçi Covanni Kapraranın rəhbərlik etdiyi komanda İspaniyaya 0:3 hesabı ilə uduzub.

İlk hissədə voleybolçularımız 12 xalla yadda qalıblar.

İkinci dövrədə ispaniyalılar taybrekdə seviniblər, 26:24. Sonuncu hissədə də zəriflərimiz rəqibə müqavimət göstərsə də, bu bir nəticə verməyib, 22:25.

Beləliklə, C qrupuna 14 xalla Belarus kollektivi başçılıq edir.

Pirineylilər 12 xalla ikincidirlər. 3 xala malik finlandiyalılar 3-cüdürlər. 5 oyunun hamısını uduzan cəmi 1 xal toplayan millimiz isə sonuncu yerdə qərarlaşıblar.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar