Ən çox izlənən videolar

Ermənilərin cavabı Vaşinqtonda verildi - VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən biri olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.

Forumda iştirak edən Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev ilk olaraq ölkənin xarici siyasət prioritetlərini sadalayaraq Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə forum iştirakçılarını məlumatlandırıb. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsindən danışıb. Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin təmkinli yanaşmasına baxmayaraq Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını deyib. Sonda Hacıyev auditoriyanın suallarını cavablandırıb. Bu mərhələdə təbirdə kütləvi şəkildə iştirak edən erməni lobbiçiləri tərəfindən ona təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.

Dağlıq Qarabağ münaqişəsi fundamental məsələlərdən biridir. Bu münaqişə regional sülh və təhlükəsizliyin əsaslarını sarsıdır. Regionu parçalayır. Bu münaqişəyə görə biz tamtərkibli regional əməkdaşlıq əlaqələri qura bilmirik. Bundan həm Azərbaycan, həm də Ermənistan əziyyət çəkir. Ermənistanlı həmkarlarıma həmişə bu barədə sual verirəm. Ermənistan bu münaqişə nəticəsində nəyə nail olub?!. Heç nəyə. Nəticədə Ermənistan özünü təcrid vəziyyətinə salıb. Ermənistanda böyük demoqrafik problemlər var.Xarici əlaqələr şöbəsinin rəhbəri erməni jurnalistin Qarabağı Ermənistan ərazisi kimi təqdim etməsinə cavabı isə belə olub. 

Qarabağ və Sovet konstitusiyası ilə bağlı sizinlə tarixi debata girmək istəmirəm. Sizin dediklərinizə qarşı, Sovet konsitusiyasına əsasən, Dağlıq Qarabağın Azəbaycanın tərkibi hissi olduğunu göstərən yüzlərlə əks arqumentlər gətirə bilərəm. Gəlin səmimi olaq. Deyirsiz ki, Azərbaycan hərbi işğalı qəbul etməlidir. Ermənistan güc yolu ilə Dağlıq Qarabağı və 7 rayonu işğal edib. Bunu hansı başqa ölkə qəbul edərdi. Gəlin gerçəkçi olaq. Danışıqlar prosesində də səmimi olaq. Azərbaycanlıları da anlamağa çalışın. Bizim də hədə perspepsiyamız var. Münaqişədə çoxsaylı cinayətlər, qəddarlıqlar olub, azərbaycanlılar torpaqlarından sürgün ediliblər. Onların öz evlərinə qayıtmaq haqları varmı. Bəli var. 21-əsrdə yaşayırıq. Lakin hələ də güc yolu beynəlxalq sərhədlərin dəyişdirilməsindən söhbət edirik. Bu, 30-cu, 40-cı illərə qayıtmaq deməkdir. Biz nə cür bir status kvo təsis edirik. Bu qəbuledilməzdir. Azərbaycan müharibədə məğlub olmayıb. Bu, bir döyüş idi. Azərbaycanda, əlbəttə, inanır ki, münaqişənin sülhlə həlli yolları tükənməyib. Lakin gəlin bir iqtisadçı kimi gələcəyə baxaq. Münaqişənin həll edilməsi, inanıram ki, hər iki tərəf üçün qələbə olacaq. Hazırkı vəziyyət isə nə bizim üçün, nə də beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir. Bunu həmsədr ölkələrin prezidentləri də ifadə ediblər. Əgər qəbul edirsinizsə, deməli, gücdən qanunsuz istifadəni qanuniləşdirirsiniz. Heç bir ölkə gücdən qanunsuz istifadə etməklə yaranmış vəziyyəti qanuni qəbul etməz. BMT-nin qətnaməsində də bu cür yazılıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanda mövcudluğu məsələsinə gəlincə, ermənistanlı gənclər vaxtlarının çoxunu işğal missiyasının bir hissəsi olaraq səngərlərdə keçirirlər. Onlar Azərbaycanın suveren torpaqlarında nə edirlər. Gümrü, İrəvan və digər şəhələrdən gələn ermənilər müəyyən mənada işğal missiyasını yerinə yetirirlər. Biz tolerant ölkə olmaqla fəxr edirik. Özüm gəncədə böyümüşəm. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada ruslar, yəhudilər, ermənilər yaşayırdı. İndi də yaşayırlar. Hazırda Bakının mərkəzində 30 minə yaxın erməni yaşayır. Torqovı adlanan yerdə Ermənistan kilsəsi qalmaqdadır. Bakıya ziyarət etsəniz oranı görə biləriniz. Erməni kitabları da həmin kilsə də qorunub saxlanılır.Xankəndini öz adı ilə adlandırmaq məsələsinə gəlincə, mən oranı elə öz adı ilə adlandırdım. Bizim konstitusiyamıza əsasən, o ərazi Xankəndi adlanır. Lakin biz Azərbaycan vətəndaşları olan ermənilərin də regionda sülh şəraitində yaşamaq hüquqlarını təkzib etmirik.

Hikmət Hacıyev münaqişənin hər iki tərəfdə insanlar arasında travmaya səbəb olduğunu deyib. eyni zamanda bildirib ki, Azərbaycan cəmiyyətlərarası dialoqu təçviq edir. Cəmiyyətlərarası dialoq əsasında, azərbaycanlılar və ermənilər gələcəkdə Xankəndində, Şuşa və digər şəhələrdə yaşaya bilərlər. Dağlıq Qarabağın Azərbaycan cəmiyyəti buna hazırdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar