Ən çox izlənən videolar

MİDA 253 mənzili satışa çıxaracaq - VİDEO

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində başlayacaq və 17 iyul 2019-cu il tarixədək davam edəcək.

Bundan başqa mənzillərin öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı alıcılara 10% güzəşt qazandıracaq.

Qeyd edək ki, satışa çıxarılacaq mənzillər tam təmirli və hər bir şəraitlə təmin olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar