Ən çox izlənən videolar

Ət və süd istehsalçıları bir arada - VİDEO

Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtidadiyyat və Kənd Təsərrüfatın nazirliklərinin təşkilatçılığı ilə Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində vəziyyətə həsr olunmuş konfrans keçirildi. 

Konfransda İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliyinin rəsmiləri çıxış edərək, Azərbaycanda shibkarlığın inkişafına dövlət diqqəti barədə məlumat verdilər. Bildirildi ki, Sahibkrlığın İnkişafı Fondu tərəfindən 47 500 başlıq illik istehsal gücü 142,7 min ton süd və 5,9 min ton ət olan 26 cins heyvandarlıq kompleksinin yaradılmasına 110,7 milyon manat güzəştli kredit ayrılıb.

Sahibkarlar isə çıxışlarında problemlərdən söz açdılar. Xüsusilə, süd istehsalçıları satış bazarının zəif olduğunu, nəticədə südü ucuz qiymətə satmalı olduqlarını bildirrədilər.

Şikayətlər arasında sahubkarların güzəştli kreditlərə çıxış imkanı ilə bağlı idi. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov REAL-a açıqlamasında şikayətlərə münsibət bildirdi.

Qeyd edək ki, konfransdan əvvəl sərgi də keçirildi. Sərgidə 20-yədək şirkət 100-ə yaxın çeşiddə məhsulla təmsil olunurdu.

Bu kateqoriyadan digər videolar
Digər videolar