Ən çox izlənən videolar

Bakı Parlament Platforması - VİDEO

Bu gün Azərbaycan daha bir mühüm konfransa ev sahibliyi etdi .

Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatşılığı ilə keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransında Bakı Platforması təsis olundu.

Konfransda ATƏT PA-nın Prezidenti Georgi Tsereteli , vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri deputatları, səfirlər iştirak edirdi.

Konfransda çıxış edən ATƏT PA-nın vitse prezidenti Azay Quliyev bu tarixi konfransda təsis edilən dialoq və əməkdaşlıq üzrə Bakı Parlament Platformasının prinsip və məqsədləri haqqında məlumat verdi.

Bu kateqoriyadan digər videolar
Digər videolar