Ən çox izlənən videolar

3 rəngli bayrağımızla “məsud“ yaşa - VİDEO

İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsud Özil şəxsi twitter hesabında maraqlı paylaşım edib.

Böyük finala 7 gün qaldığını yazan Özilin, Azərbaycan dilində xitabı daha çox diqqəti cəlb edir. Azərbaycanlı qardaşlarım, Biz bunu etdik-finaldayıq. Bakıda görüşənədək. Bir tərəfdə Bakıya gəlmək üçün gün sayan Özilin Məsudluğu, digər tərəfdə topçuların hifz eləməyə çalışdığı Mxitaryan. Biz erməni futbolçuya təhlükəsizlik zəmanəti vermişdik, Özilə isə sonsuz sevgi zəmanəti veririk. Paylaşımında işarələdiyin 3 rəngli bayrağımızla məsud yaşa. 

Yeri gəlmişkən, İngiltərənin Çelsi klubunun baş məşqçisi Maurisio Sarri Avropa Liqasının finalı ərəfəsində Londonda mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis jurnalistlərlə görüşdə Arsenalın güclü rəqib olduğunu, bununla belə meydana qələbə üçün çıxacaqlarını deyib. 

“Adətən, “Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Rəqibin yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Qış fasiləsində problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlmişik. "Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynayacağıq. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq. “Çelsi” Premyer Liqa vasitəsi ilə Çempionlar Liqasına vəsiqə qazanıb. Amma “Arsenal” ora düşmək üçün Avropa Liqasını qazanmalıdır. Belə vəziyyətdə rəqibin motivasiyası daha güclü ola bilər. Yəni, bu məqamın hər iki tərəf üçün müsbət və mənfi tərəfləri var”.

Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi N.Qolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu deyib.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Arsenal”la qarşılaşacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar