Ən çox izlənən videolar

Bioloji müxtəlifliyin qorunması günü - VİDEO

"Azərbaycana 8 baş bizon gətirilib və bu ayın sonunda onların sayı 20-yə çatacaq".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin direktoru Hikmət Əlizadə bioloji müxtəlifliyin qorunması günü ilə bağlı keçirilən mətbuat konfransında bildirdi .

"Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə çıxışında Bakı və Sumqayıt şəhərlərində keçirilən atmosfer havasının səyyar monitorinqin nəticələrindən danışdı. Onun sözlərinə görə, Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində monitorinqlərin nəticələrinə görə çirkləndirici qaz qarışıqları sanitar normadan bir qədər çox olub.

Umayra Tağıyevanın sözlərinə görə Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub. İki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir".

Bu kateqoriyadan digər videolar
Digər videolar