Ən çox izlənən videolar

Qazaxıstan seçkilərə hazırlaşır - VİDEO

Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçilər qismində iştirak edəcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bu ölkədə keçiriləcək növbədənkənar prezident seçkisinə həsr olunmuş konfransda bildirdi.

Azərbaycan nümayəndələri də parlament, MSK adından və beynəlxalq təşkilatların tərkibində müşahidəçi kimi dəvət olunub. Bu, 40-dan çox insan deməkdir.

O, ölkələrimiz arasındakı ikitərəfli qardaşlıq münasibətlərinin Qazaxıstanın yeni rəhbərliyi dövründə də dinamik inkişafına davam edəcəyinə ümidvar olduğunu bildirib.

Səfir qeyd etdiki, prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək.

“Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər”. 

Diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.

Bu kateqoriyadan digər videolar
Digər videolar