Ən çox izlənən videolar

ADNSU-da QİÇS-lə mübarizə mərkəzi - VİDEO

QİÇS-dən vəfat etmiş insanların Beynəlxalq anım günü həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində künüllü müayinə və məsləhət məntəqəsi təşkil olundu.

Səyyar məntəqədə hər bir kəs ödənişsiz olaraq İİV-ə ekspres-testdən keçə və bu xəstəlikdən qorunma üçün profilaktik tədbirlər barədə ətraflı məlumat ala biləcək.

Qeyd edək ki, qazanılmış İmmun Çatışmazlığı Sindromu QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir.

Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar.

Bu xəstəliklər ölümlə nəticələnir.

Bu kateqoriyadan digər videolar
Digər videolar