Ən çox izlənən videolar

Dəyirmandan oğurluq edənlər tutuldu - VİDEO

Bu ilin mart ayında bir qrup Ağcabədi rayon Qaravəlli kənd sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlanması barədə məlumat verib. Məlumat daxil olan kimi Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kəndin sakinləri -  Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla zərərçəkənlərə 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. 

Qeyd edilən faktla bağlı Ağcabədi RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Ağcabədi RPŞ-yə müraciət edə bilərlər.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar