Ən çox izlənən videolar

“Mən də həyəcan keçirirdim ki, Cəfər Cabbarlının muzeyi belə haldadır” - Nazir

“Xızı rayonunda Cəfər Cabbarlının anadan olduğu evin təmir olunması barədə tapşırıq vermişəm. Hal-hazırda təmir işləri aparılır. O, dövlətin balansındadır.”.

REAL xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur dramaturqun Bakıdakı ev muzeyinin sökülməsi məsələsinə münasibətində deyib.

Nazir bildirib ki, qurum çoxdandır, bu məsələ ilə məşğul olur:“Bu məsələni belə şərh etmək istərdim. İctimaiyyət üçün yeni olsa da biz bu məsələ ilə çoxdan məşğuluq. Mən nazir təyin olunanda, 2006-cı ildə o bina artıq dövlətə məxsus deyildi. Ailənin qərarı ilə bina onların adına özəlləşdirilib. O vaxt bu ev özəlləşdiriləndə məhkəməyə müraciət etmədik. Yalnız dövlət balansında olan binanın təmiri ilə məşğul ola bilərik.  2010-ci ildə binanın vəziyyətinin tam pis vəziyyətədə olduğunu gördük və biz məcburiyyət qarşısında qalaraq evin muzey əmlakını məhz Cəfər Cabbarlının adına olan teatr muzeyinə köçürdük . Bu il Cəfər Cabbarlının yubileyi çərçivəsində məhz bu muzeydə sərginin təşkil olunmasını nəzərdə tuturuq. Ailə ilə danışıqlar aparmışıq. Onlar evin yenidən tikilməsini, birinci mərtəbəsinin, yaxud ikinci mərtəbəsində muzey olmasını istəyirlər. Təcrübədə bu mövcuddur. Əzim Əzimzadənin evi yenidən  quruldu. Evin 1-ci mərtəbəsi muzeydir. Bu yaxınlarda onun açılışını edəcəyik. Lakin ictimai fikri nəzərə alaraq mən də bu binanın aqibətindən narahatam. Fiziki durumu pisdir. Nəyisə almaq, sındırmaq məsələsi nazirliyin səlahiyyətinə daxil deyil. Qərar çıxarılacaq. Heç nə əbədi deyil. Mən də bu illər ərzində həyəcan keçirirdim ki, muzey belə haldadır”.

Bu kateqoriyadan digər videolar
Digər videolar