Ən çox izlənən videolar

Bu gün Avtomobil yolları işçilərinin peşə bayramı günüdür - VİDEO

Bu gün Avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Avtomobil yolları işçiləri 2008-ci ildən peşə bayramını qeyd edirlər. Artıq 11 ildir ki, hər il fevral ayının 22-də avtomobil yoları işçilərinin peşə bayramı qeyd olunur. Avtomobil yolları işçiləri Fəxri Xiyabanı ziyarət ediblər.

Ötən ilin vəziyyətinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17 min 529 kilometr avtomobil yolu mövcuddur, onun da 4385 kilometri respublika, 13 min 158 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır. Keçən il respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb. Bu siyahıya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Sözügedən layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2 min kilometrdən çox avtomobil yollarıdır. Bir faktı da nəzərə çatdıraq ki, aparılmış kompleks tədbirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 kilometr təşkil edirdisə, bu gün 4485 kilometr artaraq 909,5 kilometr olub.

Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Eyni zamanda, respublika əhəmiyyətli və magistral yolların da tikintisi həyata keçiriləcək. Maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulur.

Bu kateqoriyadan digər videolar
Digər videolar